...

İtaliya-Azərbaycan Universiteti çərçivəsində İtaliya ilə əməkdaşlıq Azərbaycanda kənd təsərrüfatının inkişafına səbəb olacaq - Hafiz Paşayev

İqtisadiyyat Materials 25 Aprel 2023 13:26 (UTC +04:00)
İtaliya-Azərbaycan Universiteti çərçivəsində İtaliya ilə əməkdaşlıq Azərbaycanda kənd təsərrüfatının inkişafına səbəb olacaq - Hafiz Paşayev
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universiteti və Bolonya Universiteti tərəfindən kənd təsərrüfatı və qida sisteminin idarə olunması üzrə birgə sertifikasiya proqramının yaradılması təşəbbüsü hələ ötən ilin iyununda səsləndirilib.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı ADA Universitetinin rektoru Hafiz Paşayev İtaliya-Azərbaycan Universiteti çərçivəsində ADA Universiteti və Bolonya Universitetinin kənd təsərrüfatının və qida sisteminin idarə olunması üzrə birinci qısamüddətli birgə sertifikasiya proqramının açılış mərasimində deyib.

"Kənd təsərrüfatı sahəsi ölkədə enerji sektorundan sonra ən inkişaf etmiş sahələrdən biridir. Biz bu faktı diqqətə alaraq bu sektorun təkmilləşdirilməsi üçün İtaliyanın ən qədim universiteti ilə əməkdaşlıq qurmağa qərar verdik. Bu proqram kənd təsərrüfatı və qida sektorlarının birgə səylərlə yaxşılaşdırılması üçün başlanğıc platformadır. Bu proqramı keçən tələbələr Azərbaycanın kənd təsərrüfatı sektoruna öz töhfələrini verəcək "səfirlər" hesab ediləcəklər", - rektor deyib.

Qeyd edək ki, kənd təsərrüfatı və qida sisteminin idarə olunması üzrə sertifikasiya proqramı İtaliya-Azərbaycan Universiteti çərçivəsində hazırlanır.

Xatırladaq ki, 2 aprel 2022-ci ildə İtaliya-Azərbaycan Universitetinin tikintisi barədə sənəd imzalanıb və bu ali təhsil ocağınının binasının təməlqoyma mərasimi baş tutub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti