...

Digər ölkələrin “Həmrəylik halqasına” qoşulmasına imkan yaratmaq lazımdır - Rumıniyanın energetika naziri

İqtisadiyyat Materials 25 Aprel 2023 13:31 (UTC +04:00)
Digər ölkələrin “Həmrəylik halqasına” qoşulmasına imkan yaratmaq lazımdır - Rumıniyanın energetika naziri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Sofiya. Trend:

Digər ölkələrin “Həmrəylik halqasına” qoşulmasına imkan yaratmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Sofiyada Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ Macarıstan, EURSTREAM (Slovakiya) arasında əməkdaşlığın təşviqinə dair anlaşma memorandumunun imzalanmasına həsr olunmuş mərasimdə deyib.

Onun sözlərinə görə, "Həmrəylik halqası" həmrəylik və əməkdaşlığın göstəricisidir və digər ölkələrin bu təşəbbüsə qoşulmasına imkan yaradılmalıdır.

"Memorandum imzalandıqdan dərhal sonra işə başlamaq lazımdır. Türkiyə, Moldova və Ukrayna üçün qapı açıq olmalıdır. Kəskin böhran müşahidə olunur, lakin birlikdə biz onun öhdəsindən gələcəyik", - Popesku deyib.

Xəbər lenti

Xəbər lenti