...

Virtual aktivlərlə bağlı qərar çirkli pulların yuyulmasının qarşısını almağa yönəlib - Mərkəzi Bank

İqtisadiyyat Materials 3 May 2023 13:27 (UTC +04:00)
Virtual aktivlərlə bağlı qərar çirkli pulların yuyulmasının qarşısını almağa yönəlib - Mərkəzi Bank
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası”nın təsdiq edilməsi barədə qərar çirkli pulların yuyulmasının qarşısını almağa yönəlib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliiyev uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu qərarın kriptovalyuta və yaxud rəqəmsal valyuutaların tənzimlənməsi ilə heç bir əlaqəsi yoxdur.

O qeyd edib ki, bu gün Azərbaycanda virtual aktivlərlə əməliyyatlar aparan oyunçular yoxdur.

Xatırladaq ki, bundan əvvəl AMB-nin sədri Taleh Kazımov “Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası”nın təsdiq edilməsi barədə Qərarı imzalayıb. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasinin Qanununun 4.2.3-cü və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 22.0.17-ci bəndlərinə əsasən, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası”nı təsdiqləyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti