...

"PAŞA Holding"in rəhbər heyətində dəyişikliklər olub (FOTO)

İqtisadiyyat Materials 5 May 2023 13:56 (UTC +04:00)
"PAŞA Holding"in rəhbər heyətində dəyişikliklər olub (FOTO)

Bakı. Trend:

5 may 2023-cü il tarixindən etibarən "PAŞA Holding"in rəhbər heyətində bir sıra dəyişikliklər baş verib.

"PAŞA Holding"dən Trend-ə verilən məlumata görə, belə ki, PAŞA Holding-in baş icraçı direktorunun müavini / Maliyyə Biznes Qrupunun direktoru Fərid Məmmədov baş icraçı direktorun müavini / Ekosistem üzrə baş icraçı direktor vəzifəsinə təyin edilib.

Eyni zamanda Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev "PAŞA Holding"in baş icraçı direktorunun müavini / Korporativ Bankçılıq və Sığorta üzrə direktor və Kapital Bankın Müşahidə Şurasının sədri vəzifələrinə təyin edilib.

Qeyd edək ki, Fərid Məmmədov 2012-ci ildə Risklərin İdarəedilməsi departamentinin direktoru olaraq, Rövşən Allahverdiyev 2007-ci ildə PAŞA Bankın İdarə Heyətinin sədr müavini olaraq PAŞA Qrupa qoşulmuşdurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti