...

SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 1 İyun 2023 15:12 (UTC +04:00)
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

1 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə SOCAR ilə “Total Energies” arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin birinci mərhələsi - Erkən Hasilat Sxemi (EPS) çərçivəsində görülən işlər, layihənin cari vəziyyəti, müasir texnoloji və təhlükəsizlik sistemləri ətrafında müzakirə aparılıb.

Görüş çərçivəsində, həmçinin Abşeron yatağının işlənməsinin ikinci mərhələsi (Faza-1) haqqında danışılıb, neft-qaz və bərpaolunan enerji sahəsində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti