...

Azərbaycanın valyuta ehtiyatları 66 milyard dollara çatıb

İqtisadiyyat Materials 5 İyun 2023 10:42 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizin strateji valyuta ehtiyatları 12% artaraq 66 mlrd dollara çatıb.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın da valyuta ehtiyatları 2,2% artaraq 9,2 mlrd dollar olub: “Bank sektoru 45,6 mlrd. manat aktivlərdən ibarətdir. Kredit portfelimiz 4% artaraq, 20 mlrd. manata çatıb. Fiziki və hüquqi şəxslərin depozit bazası 5%-dən artıq artım göstərib. Aprel ayında kredit portfelinin keyfiyyəti 3,7%-ə düşüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti