...

Banklar komissiya haqqını niyə artırır? - Mərkəzi Bankın sədri açıqladı

İqtisadiyyat Materials 5 İyun 2023 12:21 (UTC +04:00)

Bakı. Trend:

Əgər bankomatlardan pulçıxarma faizi aşağı salınsa insanlar daha çox pulu nağdlaşdırmaya üstünlük verəcək.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, əsas məqsəd nağdsız ödənişləri təşviq etməkdir.

“Banklar ona görə komissiyanı artırır ki, nağd çıxarmaq sərf etməsin, getsin ödəniş etsin. Nağdsız ödəniş üçün hər yerdə terminallar mövcuddur. Niyyət, strategiya budur ki, insanlar daha çox nağdsız ödənişə keçsinlər. Yeni qanun layihəsi isə qəbul olunsa, Mərkəzi Banka səlahiyyət verilir ki, bazar üzrə maksimum həddi təyin etsin”, - deyə Taleh Kazımov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti