...

Orta Dəhliz Qazaxıstan üçün əsas alternativ marşrutdur - Nazir

İqtisadiyyat Materials 7 İyun 2023 14:59 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Astana. Trend:

Orta Dəhliz Qazaxıstan üçün əsas alternativ marşrutdur.

Trend-in müxbiri xəbər verir ki, bunu Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırov Astana Beynəlxalq Forumu ərəfəsində brifinqdə deyib.

"Beynəlxalq səviyyədə maraqlı tərəflərlə və regiondakı tərəfdaşlarla, o cümlədən Azərbaycan, Gürcüstan və Türkiyə ilə birlikdə bir neçə yol xəritəsi imzalamışıq və infrastrukturun inkişafı üzrə danışıqlar aparmışıq", - o deyib.

A.Kuantırov qeyd edib ki, əlbəttə marşrut boyu infrastrukturun modernizasiyasına əlavə investisiyalar vacibdir və bir sıra iştirakçılar öz töhfələrini verməlidirlər, bu səbəbdən marşrut bütün region üçün əhəmiyyətlidir.

"Bu dəhliz təkcə Qazaxıstan üçün deyil, bütün Mərkəzi Asiya üçün vacibdir. Çin və Aİ ilə sıx əməkdaşlıq da bu baxımdan bizim diqqət mərkəzimizdədir", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti