...

Özbəkistan Bakı limanında mineral gübrələr üçün yeni terminaldan istifadəyə başlayacaq - Nazir müavini (ÖZƏL)

İqtisadiyyat Materials 13 İyun 2023 09:52 (UTC +04:00)
Özbəkistan Bakı limanında mineral gübrələr üçün yeni terminaldan istifadəyə başlayacaq - Nazir müavini (ÖZƏL)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Bakı limanında mineral gübrələr üçün yeni terminaldan istifadəyə başlayacaq.

Bu barədə Trend-ə özəl müsahibəsində Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminov deyib.

"Özbəkistan Gürcüstandakı Poti limanını və Bakı limanını mallarının ixracı üçün aktiv şəkildə istifadə edir. Lakin qeyd etmək lazımdır ki, Bakı limanının infrastrukturu daha çox inkişaf edib. Bakı limanının modernizasiyasının ikinci fazası çərçivəsində mineral gübrələr üçün yeni terminal fəaliyyətə başlayacaq. Biz bu terminaldan həmçinin ehtiyaclarımız üçün də istifadə edəcəyik. Həmçinin quru yük gəmilərinin, Ro-ro terminallarının imkanları ilə tanış olmuşuq. Onlar bizə çatdırılmaların müddətini azaltmağa əhəmiyyətli dərəcədə kömək edəcək. Azərbaycanlı həmkarlarımız tərəfindən əməliyyat fəaliyyətinin yaxşılaşdırılması sayəsində artıq prinsipcə, daşımaların müddətini bir aydan iki həftəyədək iki dəfə azaltmağa nail olmuşuq. Bu gün bu səylər sayəsində Azərbaycanın nəqliyyat potensialından təkcə Özbəkistan deyil, bütün Mərkəzi Asiya istifadə edir", - o deyib.

A.Muminov Özbəkistanın artıq Bakı limanının infrastrukturundan xüsusən şəkər idxalı üçün məhsuldar istifadə etdiyini vurğulayıb.

"Bu il Azərbaycan vasitəsilə şəkər tədarükünü 300 min tona çatdırmaq istəyirik. Bundan başqa, Azərbaycana şəkər göndərmək üçün yardım etmək məqsədilə 100-ə yaxın vaqon yola salmışıq", - o deyib.

O həmçinin qeyd edib ki, Özbəkistanın tərkibinə həm özəl şirkətlərin, həm də dövlət strukturunun nümayəndələrinin daxil olduğu böyük nümayəndə heyəti bu yaxınlarda Azərbaycana səfər edib.

"Bu şirkətlərin arasında əsasən Gürcüstanın Poti limanı və Bakı limanı vasitəsilə çalışan əsas ixracatçılarımız və idxalçılarımız da var idi. Azərbaycanın Nəqliyyat Nazirliyinin nümayəndələri ilə, Dövlət Gömrük Xidmətinin nümayəndələri ilə Bakı limanında, Ələt Azad İqtisadi Zonasında, həmçinin Bakı Gəmiqayırma Zavodunun nümayəndələri ilə 10-a yaxın görüş keçirdik. Sizin potensialınız və imkanlarınızla tanış olmağa nail olduq", - deyə nazir müavini qeyd edib.

Xatırladaq ki, Bakı limanının baş direktoru Taleh Ziyadovun bundan əvvəl bildirdiyinə görə, bu ilin iyun-iyul ayında Bakı limanında mineral gübrələr terminalının istismara veriləcəyi gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti