...

Yanvar-may aylarında Türkiyənin Ayvalık limanı yüzdən çox gəmi qəbul edib

İqtisadiyyat Materials 22 İyun 2023 10:54 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Ayvalık limanı 129 gəmi qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Balıkesir şəhərində yerləşən Ayvalık limanı Türkiyə bayrağı altında üzən heç bir gəmi qəbul etməyib, digər ölkələrin bayraqları altında üzən 129 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 3 min 885 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 5 min 559 olub.

2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 16 min 388 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 837, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 175 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti