...

Nazir həssas təbəqəyə ayrılan vəsaitin həcmini açıqladı

İqtisadiyyat Materials 15 İyul 2023 10:53 (UTC +04:00)
Nazir həssas təbəqəyə ayrılan vəsaitin həcmini açıqladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qısa müddət ərzində minimum əməkhaqqı 270 faiz artıb.

Trend-in məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılışı zamanı deyib.

"Qısa müddət ərzində minimum əməkhaqqı 270 faiz artıb. Həmçinin bu cür artımları digər istiqamətlərdə də görürük. Bütün bunlar hər il 7 milyardlıq bir məbləğin həssas təbəqəyə dövlət tərəfindən ödənməsi deməkdir. Bu, böyük bir məsuliyyətdir ki, bu məsuliyyət də Prezident İlham Əliyevə məxsusdur", - nazir əlavə edib.

Xatrıladaq ki, 2023-cü ilin 6 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (402 mln. manat) çox olmaqla 2 mlrd. 843 mln. manat vəsait yönəldilib.

Bu ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya da fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.

Pensiyaların orta aylıq məbləği son 6 ayda 18 faiz artaraq 433 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.

Bu ilin yanvar-iyun ayları ərzində 18 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 89,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti