...

Heyvandarlığın inkişafı layihəsinə 200 min güzəştli kredit ayrılıb

İqtisadiyyat Materials 24 İyul 2023 14:14 (UTC +04:00)

Bakı. Trend:

Tərtər Aqropark MMC-nin südlük istiqamətli heyvandarlığın inkişafı layihəsinə 200 min güzəştli kredit verilib.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında paylaşım edib.

Qeyd edək ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2.726 layihə üzrə 145,9 mln. manat güzəştli kredit ayrılıb.

Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti