...

"PAŞA Holding" beynəlxalq mükafata layiq görülüb (FOTO)

İqtisadiyyat Materials 1 Sentyabr 2023 17:36 (UTC +04:00)
"PAŞA Holding" beynəlxalq mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

“PAŞA Holding”in öyrənmə və əməkdaşlıq mərkəzi olan “PAŞA Hub” tərəfindən icra olunan “Leading Lights” proqramı 3 nominasiya üzrə “Brandon Hall Excellence Awards” mükafatına layiq görülüb.

Hər il keçirilən “Brandon Hall Excellence Awards” mükafatı Öyrənmə və İnkişaf, İstedadların İdarə Edilməsi, Liderliyin İnkişafı, İstedadların əldə edilməsi, İnsan Resursları, Satış Performansı, Bərabərlik, İnklüzivlik və Biznesin Gələcəyi sahələrində ən yaxşı təcrübələri dəyərləndirir.

"PAŞA Holding" cari proqrama görə “Best Advance in Leadership Development Program” nominasiyasında qızıl, “Best Use of a Blended Learning Program” nominasiyasında gümüş, “Best Use of Games or Simulations for Learning” nominasiyasında isə bürünc yerlərə layiq görülüb.

Qeyd edək ki, “Leading Lights” PAŞA Qrup şirkətlərində rəhbər vəzifədə çalışan əməkdaşlar üçün keçirilən liderlik inkişaf proqramıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti