Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə müzakirələr aparıb.
Trend xəbər verir ki, M.Cabbarov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə videokonfrans formatında keçirdiyimiz görüşdə iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı, eləcə də, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr apardıq", - nazir qeyd edib.