...

Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi müzakirə edildi

İqtisadiyyat Materials 12 Sentyabr 2023 19:12 (UTC +04:00)
Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi müzakirə edildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi müzakirə olunub.

Trend xəbər verir ki, bu, İqtisadi Şuranın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin parametrləri, ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf proqnozları və digər cari məsələlər ətraflı müzakirə olunub.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti