...

"Fitch Ratings" Azərbaycanın reytinqini təsdiqləyib

İqtisadiyyat Materials 16 Sentyabr 2023 07:14 (UTC +04:00)
"Fitch Ratings" Azərbaycanın reytinqini təsdiqləyib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

Trend agentliyə istinadən xəbər verir ki, reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

"Biz 2023-cü ildə suveren valyuta aktivlərinin 68 milyard ABŞ dollarına qədər artacağını proqnozlaşdırırıq. Bunun da 82%-i ARDNF-in payına düşəcək. Azərbaycanın xalis suveren aktivləri 2023-cü ildə ÜDM-in 63%-nə, 2025-ci ilə qədər isə 72%-ə çatacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir" - deyə Fitch əlavə edib.

Qeyd edək ki, "Fitch Ratings Inc." dünyanın ən nüfuzlu reytinq agentliklərindən biridir. Agentliyin məqsədi müştəriləri üçün qərar qəbulunun effektivliyini artırmaq və biznes riskləri azaltmaq məqsədilə biznes analitikasının təqdim olunmasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti