Bakı. Trend:
Ermənistanın İqtisadiyyat Nazirliyi Azərbaycanla ticarətə başlamaq məsələsini müzakirə edir.
Trend-in məlumatına görə, bu barədə erməni KİV-i mənbələrə istinadən xəbər verir.
Qeyd olunur ki, məsələ üzrə müxtəlif variantlar hazırlıq mərhələsindədir. Digər təfərrüatlar açıqlanmayıb.