...

Azərbaycan keyfiyyət sahəsinin təkmilləşirilməsi üçün ciddi addımlar atır

İqtisadiyyat Materials 28 Sentyabr 2023 11:51 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sonunadək Azərbaycanda keyfiyyət sahəsinin tənzimlənməsi istiqamətində böyük addımlar atılacaq.

Trend cümə axşamı xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Azad rəqabət mühitinin formalaşdırılması və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu" mövzusunda forumda deyib.

O qeyd edib ki, Azərbaycanda bu sahədə mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə müxtəlif layihələr artıq hazırlanıb və hökumətə təqdim olunub.

"İlin əvvəlində Azərbaycanın standartlaşdırma sisteminin beynəlxalq standartlaşdırma sisteminə adaptasiyası üzrə 3 illik dövlət proqramı qəbul olundu. Bu proqramı icra etməklə Azərbaycan təkcə ölkədə texniki tənzimləmə sisteminin qurulmasını başa vurmayacaq, həm də ticarətin (əsasən xarici) asanlaşmasına böyük təkan verəcək", - deyə o vurğulayıb.

M.Abbasbəyli əlavə edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidməti hökumətin tərkib hissəsi olaraq institusional və sahə islahatlarının sürətləndirilməsini təmin edib.

"Bütün 4 fəaliyyət istiqamətində sistemli və dayanıqlı islahatların aparılması artıq yekun mərhələdədir", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti