...

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi elektrik enerjisini real vaxt rejimində istehlakçıya çatdıracaq (FOTO/VİDEO)

İqtisadiyyat Materials 30 Sentyabr 2023 12:26 (UTC +04:00)
Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi elektrik enerjisini real vaxt rejimində istehlakçıya çatdıracaq (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi elektrik enerjisini real vaxt rejimində istehlakçıya çatdıracaq.

2022-ci ilin oktyabrın 19-da təməlini qoyduğu rəqəmsal İdarəetmə mərkəzi Sentyabrın 28-də cənab prezidentin iştirakı ilə istifadəyə verilib.

Azərışıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Trend-in Qarabağ bürosuna açıqlamasında bildirib ki, Rəqəmsal İdarəetmə Mərkəzi ümumilikdə Cəbrayıl şəhərinin baş planına uyğun olaraq, təlabatına uyğun olaraq öz fəaliyyətini göstərəcək.

"Bundan Cəbrayıl şəhəri ərazisində yeni güc mərkəzləri də fəaliyyət göstərəcək. Yəni tələbata uyğun olaraq biz yeni güc mərkəzləri də yaradacağıq. Rəqəmsal İdarəetmə Mərkəzi ilə bağlı bir məqamı da, qeyd edim ki, ənənəvi yerüstü dayaqlar və xətlər olmayacaq.

Şəhərin baş planına uyğun olaraq tamamilə yeraltı, izolyasiyalı müasir naqillər vasitəsi ilə proses həyata keçriləcək. Bundan başqa rəqəmsal mərkəz ətraf rayonlarla Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut dairəvi sxem əsasında fəaliyyət göstərəcək. Yəni əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək. Burada abonent qəbul şöbəsi var eyni zamanda rəqəmsal İdarəetmə mərkəzidir. Əməkdaşların normal fəaliyyət göstərməsi üçün hərcür şərait yaradılıb", - deyə o, əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti