...

Naxçıvan “Yaşıl enerji” zonası elan edilib

İqtisadiyyat Materials 30 Sentyabr 2023 15:15 (UTC +04:00)
Naxçıvan “Yaşıl enerji” zonası elan edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün günəşli günlərin sayına görə Naxçıvan qabaqcıl yerdə tutur.

Trend xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov deyib.

"Naxçıvan “Yaşıl enerji” zonası elan edilib. Yəni Naxçıvan enerji istehsalı və onun Türkiyə vasitəsilə Avropa bazarına çıxarılması baxımından unikal imkanlara malikdir. Biz isə bu imkanlardan istifadə edəcəyik”, - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) ikinci günü paytaxt Bakıda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti