...

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat Materials 3 Oktyabr 2023 09:25 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,34 ABŞ dolları, yaxud 2,34% azalaraq, 97,77 ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçersləri 89,83 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti