...

Azərbaycan Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsinə malikdir - BVF-in MƏLUMATLARI

İqtisadiyyat Materials 10 Oktyabr 2023 14:35 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsinə malikdir - BVF-in MƏLUMATLARI
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları Azərbaycanın Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsinə malik olduğundan xəbər verir.

Trend bu barədə çərşənbə axşamı məlumat verir.

BVF-in oktyabr hesabatına əsasən, 2023-cü ilin yekunlarına görə Azərbaycanda işsizlik 2022-ci ildən etibarən dəyişməyərək 5,9 faiz təşkil edəcək. 2024-cü ildə isə bu göstərici 5,8 faizə düşəcək.

Maliyyə institutu aprel hesabatında ölkədə işsizliyin 2023 və 2024-cü illərdə 5,8 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. Beləliklə, BVF 2023-cü il üçün Azərbaycanda işsizliyə dair proqnozları aşağı salıb.

Regionun digər ölkələrinə gəlincə, BVF Ermənistadan işsizlik səviyyəsinin 2023-cü ildə artaraq 12,5 faizdən 13,5 faizə çatacağını proqnozlaşdırıb. 2024-cü il üzrə proqnozlar isə 13 faizdən 14 faizədək qaldırılıb.

Gürcüstanda isə bu göstərici 2023 və 2024-cü illərin yekunlarına görə müvafiq olaraq 18,4 və 18,6 faiz olaraq proqnozlaşdırılıb. Aprel hesabatında bu ölkədə işsizlik səviyyəsi müvafiq olaraq 19,5 və 20,2 faiz olaraq proqnozlaşdırılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti