Bakı. Trend:
Gələcəyin riteyli (pərakəndə satışı): Azərbaycanda nə zaman süni intellektlə işləyən kassalar olacaq? (FOTO)
Özünəxidmət formatında alış-veriş “BS/2 Retail Business Brunch” mövzusunda tədbirin əsas mövzusu oldu. Oktyabrın 5-də Bakı şəhərində keçirilən tədbirdə riteyl üzrə aparıcı avadanlıq istehsalçıları və ölkənin ən iri ticari şəbəkələrinin nümayəndələri iştirak edib.
“BS/2 Retail Business Brunch” tədbirinin sas məqsədi Azərbaycan bazarının iştirakçılarını pərakəndə satış sənayesinin qlobal trendləri ilə tanış etmək, eləcə də pərakəndə ticarət sektorundakı cari tendensiyaları və problemləri müzakirə etməkdən ibarətdir.
Özünəxidmət kassaları da əl skanerləri, ağıllı tərəzilər və poçtomatlar kimi artıq riteylerlərə personal xərclərini optimallaşdırmaqda, ticari platformalardan səmərəli istifadə etməkdə və növbələri idarə etməkdə kömək edir. Bu cür özünəxidmət formatının getdikcə daha çox populyarlıq qazanacağı gözlənilir. Proqnozlara görə, 2025-ci ilədək dünyada özünəxidmət kassalarının sayı 2013-cü illə müqayisədə 6 dəfə artacaq.
Alıcı özünəxidmət kassalarından istifadə etməklə özü malları skan edir və satın aldıqlarına görə kartla və ya nağd ödəniş edir, xidmətin dəqiqlik və keyfiyyətini isə süni intellekt təmin edir.
Azərbaycanda pərakəndə satış son 10 il ərzində iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. “BS/2 Retail Business Brunch” təkcə riteyl sahəsində son yeniliklərdən xəbərdar olmaq imkanı deyil, həm də sahə üzrə aparıcı nümayəndələrlə təcrübə mübadiləsi aparmaq imkanıdır.
Tədbirin təşkilatçısı 25 ildən çoxdur ki, ixtisaslaşmış proqram təminatı hazırlayan, həmçinin riteyl və bank sahələri üzrə texnoloji həllər təmin edən “BS/2” şirkətidir. “BS/2” baş ofisi Vilnüsdə yerləşən və dünyanın 7 ölkəsində nümayəndəlikləri olan “Penki Kontinentai” şirkətlər qrupunun bir hissəsidir. “BS/2”nin törəmə şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir.
Bu gün “BS/2” Qafqaz regionundakı mağazaları ticarət üçün müasir avadanlıqların bütün formatları ilə təmin etmək və bu sektoru yeni texnologiya səviyyəsinə çıxarmaq üçün bütün imkanlara malikdir.
“BS/2 Retail Business Brunch” çərçivəsində “DATALOGIC” şirkətinin 10-dan çox skaner modeli, müxtəlif “Bizerba” tərəziləri, “Diebold Nixdorf” istehsalı olan modul və “all-in-one” kassa avadanlığı, eləcə də “DN series” özünəxidmət kassaları təqdim olunub. “ASHBURN International” şirkəti “Ingenico” və “SUNMI P2” istehsalı olan müasir “EFTPOS” terminallar təqdim edib.
Turab Hüseynov, “ANC Group” MMC-nin İT departamentinin rəhbəri: “BS/2 Retail Business Brunch” təkcə müzakirə platforması deyil, həm də ticarət üçün müasir həllərlə yerində tanış olmaq imkanıdır. Xüsusən özünəxidmət kassaalarına işlədiyi zaman baxmaq maraqlı idi. Süni intellekt sayəsində bu qurğular malları tanıya, eləcə də onların oğurlanma və əksiklik səviyyəsini azalda bilər. Bu cür avadanlıq şübhəsiz Azərbaycanın ticari şəbəkələrinə mühüm fayda gətirə bilərdi. Müasir texnologiyaların tətbiqi personal xərclərini optimallaşdırmağa və bütünlükdə riteylerlərin işini sadələşdirməyə kömək edir. Bu kimi yeniliklər səmərəliliyin artırılmasında və ticarət şəbəkələrimizdə müştəri təcrübəsinin yaxşılaşdırılmasında əsas faktor ola bilər.
Riteyl üzrə aşağıdakı dünyaca məşhur avadanlıq istehsalçıları təqdimatlarla çıxış etdilər:
“DATALOGIC” – skaner və məlumat yığma terminallarının istehsalçısı
“Diebold Nixdorf” – banklar və pərakəndə ticarət şirkətləri üçün avadanlıq və İT məhsullarının dünyaca məşhur təchizatçısı
“Bizerba” – çəki və qastronom avadanlığı bazarında lider
“SOTI” – biznes və əşyalar interneti (IoT) üçün həllərin tərtibatçısı
“Modern Expo” – riteyl üçün kompleks həllərin (stellaj, soyuducu avadanlıq, poçtomatlar və s.) təminatçısı
“BS/2”nin pərakəndə ticarət üçün avadanlıq satışı şöbəsinin rəhbəri Emil Musayev də öz səriştəsini bölüşdü. O, müasir kassa, tərəzi, skaner və poçtomatların Azərbaycanda pərakəndə satış sənayesini necə dəyişəcəyindən bəhs edib.
Emil Musayev, “BS/2”nin pərakəndə ticarət üçün avadanlıq satışı şöbəsinin rəhbəri:
“Neyroşəbəkələrin köməyilə kassalar artıq malları tanımağı və yararlılıq müddətini müəyyən etməyi öyrənib. Beləliklə, süni intellekt mağazanı ziyarət edənlərin öz alışlarını tez və keyfiyyətli şəkildə rəsmiləşdirməkdə kömək edir. İndiyədək kassirsiz kassaları daha çox gənc nəsil seçirdiə, indi yaşlı alıcılar da həvəslə özünəxidmət kanallarını mənimsəyirlər”.
İndi isə, Azərbaycanda keçirilən tədbirdə “BS/2” ilk dəfə özünün yeni məhsulu olan “DS Center.iQ” qərar qəbuluna dəstək sistemini təqdim edib. Pərakəndə satış şəbəkələrinin rəhbərləri üçün bu, ticari avadanlıq parkının idarə olunmasında qiymətli vasitədir.
“DS Center.iQ” müxtəlif mənbələrdən informasiyanı təhlil etməyə imkan verərək onu əyani qrafik və “dashboard” formasında təqdim edir. Bu sistem ticarət şəbəkələrində biznes proseslərin daha səriştəli idarə olunmasının əsasını təşkil etməklə riteylerlərə təkcə nəzarət deyil, həm də daha əsaslandırılmış qərarlar qəbul etmək imkanı verir.