...

Azərbaycanda bu il 32 mlrd. manatlıq neft və qaz hasil edildi

İqtisadiyyat Materials 12 Oktyabr 2023 10:53 (UTC +04:00)
Azərbaycanda bu il 32 mlrd. manatlıq neft və qaz hasil edildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34 363,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% azalıb.

Trend bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 32 382,7 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 2,3% azdır.

Məlumata əsasən, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 22 513,8 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 26 868,8 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azalıb, əmtəəlik qaz hasilatı isə 4,6% artıb”, - hesabatda qeyd olunur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda cəmi 22 603,5 min ton neft (7,7% azalma) və 35 900,7 mln. kubmetr qaz (4,4% artım) hasil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti