...

Azərbaycanın turizm imkanları İstanbul Hava Limanında nümayiş olunur

İqtisadiyyat Materials 9 Noyabr 2023 14:48 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Türkiyənin İstanbul Hava Limanında ölkəmizin turizm imkanlarını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilir.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, təbliğat videoçarxları türkiyəli, həmçinin əcnəbi səyahətçiləri cəlb etmək, Azərbaycanı əsas turizm destinasiyası kimi nümayiş etdirmək məqsədilə "Duty-Free" ərazisində 14 videomonitor, giriş və çıxışda 2 idarəedici "mega lightbox" və pasport nəzarəti hissəsində yerləşdirilən 4 monitorda təqdim olunur.

Həmçinin 8 Noyabr - Zəfər Günündə İstanbul Hava Limanın bir çox nöqtələrində Şuşa şəhərinin görüntülərinin nümayiş olunması ziyarətçilərin xüsusi marağına səbəb olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr dövründə Azərbaycan Türkiyədən 308 min 942 ziyarətçi qəbul edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artımdır.

Xəbər lenti

Xəbər lenti