...

Bu ilin on ayında Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları təşkil edib

İqtisadiyyat Materials 10 Noyabr 2023 06:14 (UTC +04:00)
Bu ilin on ayında Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları təşkil edib

Bakı. Trend:

2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.

Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın noyabr sayına əsasən xəbər verir ki, yanvar-oktyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 706,9 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin ilk 10 ayı ərzində spirtli və spirtsiz içkilərin, elektrik enerjisinin ixracı 2,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 24,6 faiz, qara metallardan məmulatların ixracı 19,8 faiz, meyvə-tərəvəz ixracı isə 11,5 faiz artıb.

Həmin dövr ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2 faiz artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 162,7 milyon ABŞ dolları olub.

Cari ilin oktyabr ayının qeyri-neft ixracı 15,4 faiz artaraq 278,2 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 24,1 faiz artımla 90,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6 faiz artımla 187,7 milyon ABŞ dolları təşkil edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti