...

"ASG Helicopter Services" və "Exclases Group" arasında "Leonardo" şirkətinin üç ədəd yeni nəsil helikopterinin satın alınmasına dair memorandum imzalanıb (FOTO)

İqtisadiyyat Materials 20 Noyabr 2023 17:35 (UTC +04:00)

Bakı. Trend:

13-17 noyabr 2023-cü il tarixləri ərzində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Air Show 2023" sərgisi keçirilib. Sərgi zamanı, 14.11.2023-cü il tarixində Azərbaycan Respublikası aviasiya şirkətlər qrupu “Aviation Services Group” (ASG) və İtaliyanın helikopter istehsalçısı olan "Leonardo" şirkəti arasında yeni nəsil helikopterlərin alınması barədə danışıqlar və əməkdaşlığın strateji istiqamətlərin və perspektiv planları müzakirə olunub.

Müzakirələrin nəticəsi olaraq, “ASG Helicopter Services” MMC və “Leonardo” şirkətinin Xəzər regionu üzrə təmsilçisi "Exclases Group" şirkəti arasında Leonardo şirkəti tərəfindən istehsal olunan 3 (üç) ədəd yeni nəsildən olan "Agusta Westland 189" tipli müasir helikopterlərin alınması barədə Memorandum imzalanıb. Tərəflər arasında əldə edilən razılaşmaya əsasən növbəti 2 (iki) il ərzində beynəlxalq aviasiya standartlarına və uçuşların təhlükəsizliyi tələblərinə uyğun, ən qabaqcıl avadanlıqlarla təchiz edilmiş 2 (iki) ədəd "AW 189 tipli hava gəmisi və sonradan əlavə 1 (bir) ədəd eyni tipli hava gəmisinin alınması nəzərdə tutulur.

Memorandumun imzalanması "ASG Helicopter Services" MMC-nin Baş direktoru Azər Sultanov və "Exclases" şirkətinin İcraçı direktoru Paul Ploşanski tərəfindən həyata keçirilib. Təntənəli mərasimdə "ASG" şirkətlər qrupunun Prezidenti Teymur Məmmədov, "Leonardo" şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə satış üzrə baş vitse-prezidenti cənab Andrea Mirteto, "Leonardo" şirkətinin Xəzər regionu üzrə təmsilçisi, "Exclases Group" şirkətinin Azərbaycan və Gürcüstan üzrə Satış direktoru cənab Fuad Şabanov və digər rəsmi şəxslər iştirak edib.

Razılaşmaya əsasən təchiz ediləcək yeni hava gəmiləri "ASG Helikopter Services" MMC şirkətinin hava gəmiləri parkını genişləndirərək, şirkət tərəfindən Azərbaycan Respublikasında və Xəzər dənizi hövzəsində fəaliyyət göstərən neft şirkətlərinə göstərilən aviasiya xidmətlərinin keyfiyyətinə, personal, sərnişin və yük aviadaşımalarının təhlükəsizliyinə böyuk töhfə verəcək.

"ASG Helikopter Services" MMC şirkəti 15 il ərzində fəaliyyət göstərərək Xəzər regionunun helikopter xidmətləri sahəsində ən mühüm və ən müasir aviasiya müəssisəsidir. Şirkətin hava gəmiləri parkında Amerikanın "Sikorsky S92", İtaliyanın "AW139" və "AW 109" tipli, Fransanın"Airbus Helicopters AS-332L1", Russiyanın "Mi" tipli helikopterləri istismar edilir. Aviaşirkətin əsas fəaliyyəti Xəzər dənizində yerləşən neft platformalarına personal, sərnişin və yüklərin daşınmasıdır. Şirkət eyni zamanda helikopter xidmətləri sahəsində müxtəlif xidmətlər və əməliyyatları, o cümlədən axtarış-xilasetmə, tibbi təxliyyə, hava məkanından çəkiliş, fərdi xüsusi turist daşımaları, xarici aslıqanla daşınmalar, və s. həyata keçirir. Şirkət təhlükəli yüklərin daşınması üzrə sertifikata malikdir.

Eyni zamanda "EASA" (Avropa Mülkü Aviasiya Agentliyi) tərəfindən verilən sertifikata əsasən ("Part 145" təşkilatı) "ASG Helikopter Services" MMC parkında olan bütün hava gəmilərinə tam texniki xidmətlərin göstərilməsini təmin edir, "Leonardo" şirkəti tərəfindən avtorizə edilmiş servis mərkəzi (Authorization Service Center) sertifikatına layiq görülüb və 2021-ci ildən bu sertifikatın sahibidir.

Xəbər lenti

Xəbər lenti