...

Orta Dəhlizin inkişafı üçün səyləri birləşdirmək lazımdır - Laziz Kudratov

İqtisadiyyat Materials 23 Noyabr 2023 16:52 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhlizi inkişaf etdirməklə nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün dövlətlərimizin səylərini birləşdirmək lazımdır.

Trend xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov SPECA həftəsi çərçivəsində SPECA Ticarət üzrə İşçi Qrupunun 18-ci iclasında deyib.

"Hazırki reallıqda alternativ nəqliyyat dəhlizlərinin formalaşması və dayanıqlı təchizat zəncirlərinin yaradılması üzrə fəaliyyəti gücləndirmək vacibdir", - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, dayanıqlı nəqliyyat-tranzit sistemini qurmaq üçün Özbəkistan Mərkəzi Asiya regionunu Asiya-Sakit Okean regionu, Cənubi Asiya, Yaxın Şərq və Avropa bazarları ilə birləşdirən nəqliyyat dəhlizlərinin təşviqinin konkret mexanizmlərini formalaşdırmağın tərəfdarıdır.

"Orta Dəhlizlə BMT standartlarından istifadə etməklə multimodal məlumat mübadiləsinin Yol Xəritəsinin qəbul edilməsini dəstəklədiyimizi bildiririk", - deyə L.Kudratov əlavə edib.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə təsis olunub.

Hazırda "SPECA"-ya üzv dövlətlər Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

"SPECA" regional əməkdaşlıq yolu ilə ən yaxşı şəkildə əldə edilməsi mümkün olan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün sub-regional əməkdaşlıq platforması təmin edir. 2023-cü ildə Proqrama Azərbaycan sədrlik edir.

20-24 noyabr 2023-cü il tarixlərində Bakıda "SPECA Günləri" keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti