...

Türkiyə istehsal, investisiya və innovasiya ilə sıçrayış etməyi hədəfləyir - TİM rəhbəri

İqtisadiyyat Materials 24 Noyabr 2023 21:33 (UTC +04:00)
Türkiyə istehsal, investisiya və innovasiya ilə sıçrayış etməyi hədəfləyir - TİM rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə istehsal, investisiya və innovasiya ilə sıçrayış etməyi hədəfləyir.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a özəl açıqlamasında Türkiyə İnnovasiya Həftəsi çərçivəsində keçirilən InovaLig Mükafat Mərasimində Türkiyə İxracatçılar Məclisinin (TİM) rəhbəri Mustafa Gültəpə deyib.

"Türkiyəni beynəlxalq ticarətdə daha da irəli aparmaq istəyirik. Bu kontekstdə innovasiya böyük əhəmiyyət daşıyır. Biz Türkiyənin istehsal, investisiya və innovasiya ilə ticarət həcminə töhfə verməyə davam edəcəyik. Gənclərlə birlikdə Türkiyəni beynəlxalq ticarətdə ilk 10 ölkə sırasına daxil edəcəyik",- deyə TİM rəhbəri bildirib.

Qeyd edək ki, İnnovasiya Həftəsi çərçivəsində keçirilən InovaLig Mükafat Mərasimi yeni nəsil texnologiyaları ilə Ar-Ge və P&D fəaliyyətlərini inkişaf etdirən şirkətləri həvəsləndirmək üçün keçirilir. Proqram çərçivəsində müxtəlif kateqoriyalar üzrə məhsul və xidmətlər hazırlayan şirkətlər mükafatlandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti