Bakı. Trend:
2023-cü ildə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) xətti ilə Azərbaycandan avtomobil daşımalarında 11965 nəqliyyat vasitəsi iştirak edib.
Trend xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov mətbuat konfransında deyib.
O qeyd edib ki, 2021-ci ildə bu göstərici 2400 nəqliyyat vasitəsi olub:
"Daşımalar ən populyar və aktual yükdaşıma istiqamətləri olan Şimal-Cənub və Şərq-Qərb marşrutları üzrə həyata keçirilib.
2023-cü ildə Rusiya Federasiyası Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə memorandum imzalanıb".
K.Qurbanov 2023-cü ildə beynəlxalq bazarlarda Azərbaycandan avtomobil yük daşıyıcılarının sayının 9 faiz artdığını əlavə edib.
Həmçinin, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində üçüncü dünya ölkələrindən yüklərin daşınmasında ikiqat artım qeydə alınıb, bütün il üzrə statistika isə 2024-cü ilin əvvəlində hazırlanacaq.
(Tərcümə: Rəna Əbdürəhmanova)