...

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

İqtisadiyyat Materials 7 Yanvar 2024 14:20 (UTC +04:00)
Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son iki həftə ərzində dünyada düyünün qiymətində yeddi faiz artım olub.

Bəs dünyadakı qiymət artımı ölkəmizdə düyü qiymətlərinin bahalaşmasına səbəb olacaq?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, hazırda ölkəmizdə istehlak olunan düyünün 80%-i xarici dövlətlərdən idxal edilir.

"Bu ölkələr Hindistan, Pakistan və digərləridir. Ötən il Nazirlər Kabinetinin qərarına əsasən, Pakistandan ölkəmizə idxal olunan düyü 15% gömrük rüsumundan azad edilib. Qərarla 2027-ci ilin sonunadək Pakistan mənşəli düyünün idxalına görə gömrük rüsumu tutulmayacaq.

Bu, oradan idxal edilən düyünün qiymətinin sabitləşməsinə kömək etmək məqsədi daşıyırdı. Tətbiq olunan güzəşt düyünün qiymətinin kəskin bahalaşmasının qarşısını alacaq. Ölkəmizdə bir neçə ayda düyü qiymətlərində bahalaşma olmayacaq. Lakin bir neçə ay sonra cüzi artım ola bilər".

Ekspert qeyd edib ki, beynəlxalq bazarda düyünün bahalaşması süni xarakter daşıyır.

"Bahalaşmanın ciddi iqtisadi səbəbləri yoxdur. Çünki dünyada düyü istehsalı azalmayıb", - deyə o qeyd edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 46 milyon 378 min dollar dəyərində 50 min 959 ton düyü idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti