...

Ölkədə alıcıların vəsaitlərini hansı malların alınmasına sərf etdiyi AÇIQLANIB

İqtisadiyyat Materials 21 Fevral 2024 17:53 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar ayında Azərbaycanda alıcıların pərakəndə ticarət şəbəkəsində vəsaitlərini əsasən hansı malların alınmasına sərf etdiyi açıqlanıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, əhali aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti