...

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısına başçılıq edir

İqtisadiyyat Materials 22 Fevral 2024 07:58 (UTC +04:00)
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısına başçılıq edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2023-cü ildə İtaliyaya ən böyük neft tədarükçüsü olub.

Trend xəbər verir ki, İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, 2023-cü ildə Azərbaycan İtaliyaya təxminən 11,3 milyon ton neft tədarük edib ki, bu da 2022-ci illə müqayisədə 25% çoxdur.

Hesabat dövründə İtaliya Azeri Light markalı neftin idxalını 2022-ci illə müqayisədə 17,8% artıraraq 7,3 milyon tona, Azeri Blend isə 41,2% artaraq 4 milyon tona çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti