Bakı. Trend:
“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, "Azərkosmos”un nizamnamə fondu 295 milyon 605 min 880 manatdan 398 milyon 605 min 880 manata qaldırılıb.
Qeyd edək ki, 2023-cü ilin sonuna “Azərkosmos” ASC-nin peyk və
telekommunikasiya xidmətlərinin göstərilməsindən əldə etdiyi gəlir
19,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin
göstəricisindən 25,56 faiz və ya 6,8 milyon dollar azdır.
Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin məlumatına görə, təkcə dekabrda “Azərkosmos”un 45 ölkəyə
xidmət ixracından əldə etdiyi gəlir 1,8 milyon dollar təşkil
edib.
Mərkəzdən verilən məlumata görə, hesabat dövründə SC Böyük
Britaniya (5,8 milyon dollar), Lüksemburq (4,1 milyon dollar), BƏƏ
(1,6 milyon dollar), Almaniya (1 milyon dollar) və Nigeriyaya
(724,9 min dollar) peyk və telekommunikasiya xidmətləri ixrac
edib.