...

BVF ABŞ-də yüksək əmək məhsuldarlığının səbəblərindən danışıb

İqtisadiyyat Materials 18 Aprel 2024 17:47 (UTC +04:00)
BVF ABŞ-də yüksək əmək məhsuldarlığının səbəblərindən danışıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

ABŞ iqtisadiyyatını Aİ iqtisadiyyatından üç amil fərqləndirir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində qlobal siyasət üzrə brifinqdə deyib.

"Hamımızın bildiyi kimi, inflyasiyanın artmasından öncəki son onilliklər ərzində faiz dərəcələri zaman-zaman çox aşağı, bəzən isə hətta mənfi olub. Müxtəlif ölkələrdə məhsuldarlığa və iqtisadi artıma təsir göstərən bir çox faktor var. Məhsuldarlığın ləngiməsi iqtisadi artımın ləngiməsinin yeganə səbəbi deyil. Digər amillər də var. Beləliklə, niyə ABŞ-də vəziyyət Avropadakından daha yaxşıdır? ABŞ iqtisadiyyatını fərqləndirən üç amil mövcuddur. Bunlardan biri innovasiyaların gücü və innovasiyaların biznesin inkişafı üçün nə qədər asanlıqla tətbiq olunmasıdır, sonra isə onların istifadə miqyası genişlənir. Biz bilirik ki, Avropada innovasiyaların potensialını kəşf etmək üçün hələ çox iş görmək lazımdır", - o deyib.

Georgiyevanın sözlərinə görə, ikincisi, ABŞ xaricdən gələn işçi qüvvəsinin çoxluğundan qazanır.

"Bu, daxili siyasi problem yaradır və sərhədi keçən heç də hər kəs iqtisadiyyata müsbət töhfə vermir, lakin işçi qüvvəsinin təklif olunması ABŞ-yə daha bir müqayisəli üstünlük verdi: işçi qüvvəsi çatışmazlığı səbəbindən güclü təzyiqin olmadığı üçün əmək haqları artmır. Üçüncü, səbəb isə ABŞ-nin enerji daşıyıcıları baxımından daha əlverişli şərtlərdən yararlanmasıdır ki, bu da Avropa üçün olduqca ciddi amildir. İnsan kapitalına daha çox investisiyaları buna əlavə etsək, işçi qüvvəsini daha çevik və dinamik edə, həmçinin kapital bölgüsünü daha səmərəli həyata keçirə bilərik ki, bu da məhsuldarlığın artmasına səbəb olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçirilir.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biridir. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunur.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti