...

BTQ ölkəmiz üçün iqtisadi və strateji dividendlər qazandırır - RƏY

İqtisadiyyat Materials 22 May 2024 14:30 (UTC +04:00)
BTQ ölkəmiz üçün iqtisadi və strateji dividendlər qazandırır - RƏY
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 20-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılmış təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Və BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilib.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin hədəfləri çox böyükdür.

"Nəzərə alsaq ki, bu xətt bilavasitə Orta Dəhlizin əsas elementidir. Belə olduğu halda bu dəmiryolu xəttinin necə böyük önəmi olduğunu görərik. Dəmiryolunun fiziki keçdiyi tək üç ölkə deyil, eyni zamanda öz nəqliyyat növü üzrə Asiya və Avropa arasında ən qısa yol olması zamana qənaət etməyə kömək edir. Türkmənistan, Qazaxıstan, Qırğızstan, Özbəkistan və Əfqanıstan kimi ölkələri Avropa və dünya bazarlarına çıxışını təmin edir. Bu da ölkəmiz üçün iqtisadi və strateji dividendlər qazandırır", - o deyib.

Ekspert qeyd edib ki, 2017-2022-ci illər ərzində bu xətt üzrə 1 milyon 350 min tona yaxın yük daşınıb.

"Hədəf kimi isə 17 milyon ton yükün daşınması nəzərdə tutulub. Tranzit ölkə kimi iqtisadiyyatımıza töhfə verəcək. Digər tərəfdən də regionun və ölkənin turizm potensialının gerçək iqtisadi faydaya çevrilməsində, dinamik inteqrasiyanı və təchizatı sürətləndirməklə iqtisadiyyatın ayrı-ayrı sahələri arasında öz önəmli rolunu oynayacaq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti