...

Həftəsonu bölgələrə qatarla səfər etmək istəyənlərin nəzərinə!

İqtisadiyyat Materials 22 May 2024 13:03 (UTC +04:00)
Həftəsonu bölgələrə qatarla səfər etmək istəyənlərin nəzərinə!
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə ADY qatarları həftə sonları hər iki istiqamətdə hərəkət edəcək. Belə ki, həftənin şənbə və bazar günləri qatar saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək.

Trend xəbər verir ki, ADY həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarlar təyin edir.

25 may tarixində saat 09:15-də Bakı Dəmiryol Vağzalından, 26 may tarixində saat 15:00-da isə Ağstafadan sürət qatarı yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti