...

Ötən il vahid xəzinə hesabının sərbəst qalığı 970,7 milyon manat təşkil edib.

İqtisadiyyat Materials 23 May 2024 11:07 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 970,7 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

2023-cü il icmal büdcənin gəlirləri 43060,1 milyon manat proqnoza qarşı 6988,9 milyon manat və ya 16,2 faiz çox icra edilməklə, 50049,0 milyon manat təşkil edib.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. İclasda iclasda komitə sədri Tahir Mirkişili, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, deputatlar və digər qonaqlar iştirak edib. Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti