...

Gəlirlər üzrə qeyri-neft-qaz sektorunda proqnozlaşdırılan artım ÜDM-nin proqnozuna adekvat olmayıb

İqtisadiyyat Materials 27 May 2024 12:32 (UTC +04:00)
Gəlirlər üzrə qeyri-neft-qaz sektorunda proqnozlaşdırılan artım ÜDM-nin proqnozuna adekvat olmayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin dövlət büdcəsinin yenidən baxılan layihəsində gəlirlər üzrə qeyri-neft-qaz sektorunda proqnozlaşdırılan artım müvafiq sektorlar üzrə ÜDM-nin proqnozuna adekvat olmayıb.

Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklikliyin müzakirəsi zamanı deyib.

V.Gülməmmədov vurğulayıb ki, cari ilin ötən dövründəki faktiki daxilolmalar, ilin sonuna gözlənilən makroiqtisadi göstəricilər, habelə yenidən baxılan layihədə xərclər üzrə edilən dəyişikliklər, vergitutma bazasının genişləndirilməsi və inzibatçılığın gücləndirilməsi həm vergi, həm də gömrük orqanları üzrə büdcə gəlirlərinin proqnozunun yerinə yetirilməsinə münbit şərait formaşalaşdırır.

Xəbər lenti

Xəbər lenti