...

Dövlət Neft Fondunun büdcəsinin gəlirlərində 16,9 faiz artım proqnozlaşdırılır

İqtisadiyyat Materials 28 May 2024 06:33 (UTC +04:00)
Dövlət Neft Fondunun büdcəsinin gəlirlərində 16,9 faiz artım proqnozlaşdırılır

Bakı. Trend:

İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 36 milyon manat və ya 16,9 faiz artaraq 14 milyard 109,2 milyon manat məbləğində nəzərdə tutulur.

Trend xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Dövlət Neft Fondunun büdcəsinin xərcləri 12 milyard 866,7 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 4,7 milyon manat çoxdur.

Xəbər lenti

Xəbər lenti