...

SOCAR ilə “AD Ports Group” arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 29 May 2024 22:51 (UTC +04:00)
SOCAR ilə “AD Ports Group” arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 29-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “AD Ports Group” şirkətinin əməliyyatlar üzrə direktoru, regional baş icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan Trend-ə bildirilib ki, görüşdə şirkətlər arasında strateji tərəfdaşlığın önəmi qeyd olunub, xam neft, neft məhsullarının logistikası, infrastruktur layihələrində birgə iştirak və əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər, həmçinin SOCAR və “AD Ports Group” arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti