Bakı. Trend:
Milli Renovasiya Proqramının yol xəritəsinin hazırlanması bu ilin iyul ayınadək başa çatacaq.
Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Enerji Səmərəliliyi İdarəsinin rəisi Nərgiz Bağırlı Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan AZTAF üzrə ikinci illik hesabat iclasında deyib.
"Azərbaycanda Milli Renovasiya Proqramının yol xəritəsinin hazırlanması bu ilin iyul ayına kimi başa çatdırılacaq. Bu işlər çərçivəsində enerji effektivliyi fondunun fəaliyyətinin dəstəklənməsi və Milli Renovasiya Proqramının yol xəritəsinin hazırlanması üzrə mühüm tədbirlər həyata keçirilib.
Xüsusən işğaldan azad edilmiş ərazilər istisna olmaqla, ictimai binalara dair məlumatlar toplanıb. Tipologiya və iqlim zonaları üzrə təsnif edilən bu binalar enerji auditindən keçirilib. Gəncə, Şəki və Qax şəhərlərində on ictimai binada yoxlamalar aparılıb", - deyə o bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)