...

Azərbaycanda yük avtomobili istehsalı 75%-dən çox artıb

İqtisadiyyat Materials 1 İyun 2024 05:47 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd yük avtomobili istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 75,2% çoxdur. Nəticədə, bu il mayın 1-nə ölkədə 73 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 219,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5% artıb, maşın və avadanlıqların istehsalı 16,8%, sair nəqliyyat vasitələrinin istehsalı isə 27,3% azalıb.

Bu ilin ilk 4 ayında ölkədə 948 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 311 ədəd və yaxud 24,7% az minik avtomobili istehsal olunub. Bu il mayın 1-nə ölkədə 273 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən aylar ərzində Azərbaycanda 233 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 20,5% azdır. Nəticədə, bu il mayın 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti