...

Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığortanın minimum həddi müəyyənləşdi

İqtisadiyyat Materials 6 Avqust 2024 16:17 (UTC +04:00)
Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığortanın minimum həddi müəyyənləşdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələblər müəyyənləşib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, qiymətləndirmə fəaliyyəti həyata keçirilərkən qiymətləndiricinin etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik halları əsasında onun fəaliyyəti üzrə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun ilə müəyyən edilmiş tələblərin, habelə qiymətləndirmə haqqında müqavilə şərtlərinin pozulması nəticəsində sifarişçiyə və (və ya) üçüncü şəxslərə dəymiş zərərin ödənilməsi qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına dair minimum tələbdir.

Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi 200.000,0 (iki yüz min) manat müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti