...

Azərbaycanda 20 nəqliyyat vasitəsi özəlləşdirildi

İqtisadiyyat Materials 11 Sentyabr 2024 11:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 20 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Hərraca çıxarılan əmlaklara 69 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 5000 manat olan 24,5 ton metal çiv 11 000 manata, start qiyməti 6.500 manat olan “Ford Transit” markalı nəqliyyat vasitəsi isə 9 065 manata satılıb.

Hərracda satılan əmlakların siyahısı ilə https://bit.ly/4cVEEfG linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 17 və 30 sentyabr tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti