Bakı. Trend:
2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 30 milyard manat səviyyəsinədək və ya ÜDM-in 23 faizinə çatacağı proqnozlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında deyilir.
Qeyd edilib ki, həmin dövrdə xarici dövlət borcunun 9 milyard manat və ya ÜDM-in 7 faizi həcmində, daxili dövlət borcunun isə 21 milyard manat və ya ÜDM-in 16 faizi həcmində olacağı gözlənilir.