...

“PAŞA Bank” Ağdamda nümayəndəlik açmağı planlaşdırır

İqtisadiyyat Materials 25 Sentyabr 2024 16:34 (UTC +04:00)
“PAŞA Bank” Ağdamda nümayəndəlik açmağı planlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“PAŞA Bank” Ağdamda nümayəndəlik açmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “PAŞA Bank” ASC-in komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov 2024-cü ilin ilk 6 ayı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Şuşa şəhərindəki filialdan sonra Ağdamda nümayəndəliyin açılması planlaşdırılır. Hazırda orada bir binamız var. Gələn il açılacağı təxmin edilir", - o deyib.

Qeyd edək ki, “PAŞA Bank” bu ilin noyabr ayında Şuşada filial açacaq, 2025-ci ildə isə Lənkəranda filial açmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti