...

Cəbrayılda inşasına yeni başlanılan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək (FOTO)

İqtisadiyyat Materials 5 Oktyabr 2024 19:11 (UTC +04:00)
Cəbrayılda inşasına yeni başlanılan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cəbrayılda inşasına yeni başlanılan fabrikdə ildə 24 milyon damazlıq yumurta istehsal ediləcək.

Bunu Trend-ə açıqlamasında “Hicaz poultry” MMC-nin təsisçisi Səfər Sadiqov deyib.

O bildirib ki, bununla yanaşı saatda 40 ton istehsal gücünə malik yem fabriki fəaliyyət göstərəcək.

“Bu layihə üzrə 150 daimi iş yeri nəzərdə tutulub. sonrakı mərhələdə damazlıq yumurta istehsalının artırılması, broyler quşlarının yetişdirilməsi, kəsimi və emalı nəzərdə tutulub ki, bu da əlavə olaraq 400 daimi iş yerlərinin yaradılmasına əsas verəcək.

Prezident İlham Əliyevin tövsiyələri burada bizə yaradılan şərait və dövlət dəstəyi bizə bu işlərimizdə çox böyük stimul verir. İnanıram ki, layihəmiz uğurlu alınacaq. Qarabağımıza, Cəbrayılımıza xeyirli uğurlu olsun”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti