Bakı. Trend:
Bu gün Azərbaycanda 153 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov jurnalistlərə bildirib.
"Bu gün 153 sahibkarlıq subyektinə Azərbaycandakı sənaye zonalarının rezidenti statusu verilib. Ümumilikdə sahibkarlar sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya qoyublar ki, bu da 10 min 500-dən çox daimi iş yerinin yaradılmasına imkan tanıyıb", - E.Kazimov əlavə edib.
Onun sözlərinə görə, növbəti mərhələdə mövcud layihələrə uyğun olaraq, sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiya qoyulması planlaşdırılır ki, bu da 8 min 400-dən çox yeni iş yerinin yaradılmasına səbəb olacaq.