...

Banklardakı əmanətlərin 66 faizi milli valyutadadır

İqtisadiyyat Materials 15 Oktyabr 2024 13:33 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq, 2024-cü il sentyabrın 1-nə milli valyuta ekvivalentində 14 milyard 185,5 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əmanətlərin 66,1 faizi milli, 33,9 faizi xarici valyutada qoyulub.

Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,9 faiz artıb.

Xəbər lenti

Xəbər lenti